Ağstafada 4 nəfər dəm qazından zəhərləndi

 19:56 15.02.2025     756

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.