İş adamı qəfil vəfat ETDİ

Azərbaycanda iş adamı vəfat edib.
Redaktor.az oxu.az-a xəbər verir ki, "Avisto ANB AGRO" şirkətinin icraçı direktoru Mənsur Süleymanov qəfil dünyasını dəyişib.
Mərhum ötən gün Naxçıvanda torpağa tapşırılıb.
Onun iki azyaşlı övladı var.
İş adamının ölüm səbəbi məlum olub.
Məlumatına görə, Mənsur Süleymanovun səhhəti qəfil pisləşib.
O, ürək damarlarının tıxanması səbəbindən infarkt keçirərək dünyasını dəyişib.