Gənc oğlan dəm qazından boğulub öldü

 14:13 17.02.2025     203

Sumqayıt şəhərində 24 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.

2001-ci il təvəllüdlü Nail Bəkir oğlu Orucov dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.