Naftalanda qadın dəm qazından boğularaq ÖLDÜ

 21:00 17.02.2025     565

Naftalanda qadın dəm qazından boğularaq ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüldü Bahar Behbudovanın yaşadığı evdən meyiti tapılıb.

35 yaşlı qadının dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.