Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında QALDI

 23:51 17.02.2025     183

Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda yerləşən "Jomart" mədənində dağ süxurlarının uçması baş verib.

Redaktor.az xəbər verir ki, dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasedicilər axtarış-xilasetmə işləri aparırlar.

Hadisənin səbəbləri araşdırılır.