Çörəkbişirmə sexinin işçiləri dəm qazından ZƏHƏRLƏNDİ

 21:49 18.02.2025     154

Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində dəm qazından zəhərlənmə halı baş verib.

Redaktor.az-ın məlumatına görə, sexdə işləyən 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

Ətraflı

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.