Daşkəsəndə gənc oğlan pilləkəndən yıxılaraq ÖLDÜ

 22:52 18.02.2025     182

Daşkəsəndə bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb.

1999-cu il təvəllüdlü E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb.

Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.