Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı - VİDEO

Bir neçə gün əvvəl “National Prime Hospital”dakı əməliyyat zamanı “TikTok”da canlı yayım edən cərraha xəbərdarlıq olunub.
Redaktor.az xəbər verir ki, bu barədə unikal.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cərrah Ruslan Ağayev nazirliyə dəvət olunub:
“Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.