TƏBİB-dən əməliyyatdan sonra ölən xəstəylə bağlı AÇIQLAMA

17.07.2025-ci il tarixində saat 10:00 radələrində 1982-ci il təvəllüdlü şəxs (qadın cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Redaktor.az xəbər verir ki, Ona öd daşı xəstəliyi diaqnozu təyin edilib və xolesistektomiya əməliyyatı icra edilib.
Keçirilən əməliyyatdan sonra pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib.
19.02.2025-ci il tarixində pasiyentin vəziyyəti anidən pisləşdiyi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq, 19.02.2025-ci il saat 09:45-də şəxsin ölüm faktı qeydə alınıb.
09:43
***
Ağdaşda xəstə əməliyyatda sonra ölüb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, Ağdaş Şəmsabad kənd sakini 1982-ci il təvəllüdlü Bilalova Şəlalə fevralın 17-də öd daşı xəstəliyindən rayon xəstəxanasında əməliyyat olunub və dünən ölüb.
Faktla bağlı araşdırma aparılır.