Bakıda maşın sürüşüb işıqfora çırpıldı - VİDEO

Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qəza səbəbindən 1 ədəd svetofor yararsız vəziyyətə düşüb.
Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Bu qəzada isə svetoforun idarəetmə qutusu sıradan çıxıb.