Xəzərdə zəlzələ OLDU

Xəzər dənizində zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 01:03-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 37 kilometr olub.