Qarlı yolda mikroavtobus belə aşdı - VİDEO

 16:00 21.02.2025     203

Bu gün səhər saatlarında Zaqatala rayonunda mikroavtobus aşıb.

Redaktor.az xəbər verir ki, Zaqatala şəhəri ilə Muğanlı qəsəbəsi arasında fəaliyyət göstərən “Mercedes” markalı marşrut mikroavtobusu Aşağı Tala kəndində sürücünün idarəetməsindən çıxıb.

Qarlı və sürüşkən yolda idarəetmədən çıxan nəqliyyat vasitəsi ağaca çırpılaraq yolun kənarına aşıb.

DİN-in Mətbuat xidmətinin Şəki Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəzaya uğrayan avtobuda sürücü və iki sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb (Qafqazinfo).