Qaz balonu partladı - iki qardaş xəsarət aldı

 17:35 21.02.2025     188

Gəncədə qaz balonunun partlaması iki nəfərin xəsarət alması ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, hadisə zamanı 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.