Qarlı havada xəsarət alanların sayı AÇIQLANDI

 12:55 22.02.2025     191

Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarətlər alıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub", məlumatda qeyd edilib.