Sellofan torbadan şübhələndi, polisə məlumat VERDİ

Fevralın 20-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığında sellofan torbada silaha bənzər əşyanın olması barədə polisə məlumat verib.
Redaktor.az xəbər verir ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib.
Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 2 avtomat silahı, 1 tapança, 1 səs siqnalı tapançası, 1 tüfəng, 1 patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.