Goranboyda ambulans tələbəni vurub ÖLDÜRDÜ

 13:40 22.02.2025     356

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, Cahangir Orucov Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır (modern.az).