İmişlidə ağır qəza: həmkəndlisini vurub ÖLDÜRDÜ

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün saat 19 radələrində şəhərin “28 May” küçəsində qeydə alınıb.
Belə ki, rayonun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü İmanov Cəlal Əyyub oğlu idarə etdiyi “Mercedes Benz 190” markalı, 99-TH-656 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla eyni istiqamətdə piyada hərəkətdə olan, həmkəndlisi 1981-ci il təvəllüdlü Tağıyev Azad Hacı oğlunu avtomobilin sağ qabaq hissəsi ilə vurub.
Azad Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta görə İmişli RPŞ-də CM-in 263.2-ci maddəsi cinayət işi başlanaraq istintaq aparılır.