Azərbaycanda general evində yıxılıb öldü - FOTO

Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.
Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.
Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisə baş verən zaman general-mayor evdə tək olub.
Mərhum sabah - fevralın 23-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub.
O, Göyçay Rayon Polis İdarəsinin rəisi, 2004–2007-ci illərdə isə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyib.
