Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarını anmaq üçün Haçadağa yürüş ETDİ

 21:32 22.02.2025     87

Fevralın 22-də Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar olaraq Türkiyədən gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, günün erkən vaxtı Naxçıvan şəhərindən adıçəkilən təbiət abidəsinə doğru hərəkət edən 34 yürüş iştirakçısı saat 07:00-da Culfa rayonu Gal kəndi ərazisindən başlayaraq zirvəyə doğru hərəkət ediblər.

Hava şəraitinin yaratdığı çətinliklərə və risklər nəzərə alınmaqla yürüş iştirakçıları mümkün yüksəkliyə qədər irəliləyiblər.

Ənənəvi ekstrimal yürüşdə Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri yad edilib, hər iki ölkənin Dövlət Himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib.