Azərbaycanda yas mərasimində zəhərlənən şəxslərin vəziyyəti açıqlandı - YENİLƏNİB

Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb.
"23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub".
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir".
10:55
***
Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, zəhərlənənlərin siyahısı aşağıdakı kimidir:
Qasımov Raul Səbuhi oğlu
2018-ci il təvəllüd
Qasımova Şəlalə Sultan qızı
1960-cı il təvəllüd
Hüseyinova Məhbubə Fəqan qızı
1993-cü il təvəllüd
Hüseyinova Gülnaz Nəzər qızı
1965-ci təvəllüd
Cabbarov Elcan Şamo oğlu
2010- ci təvəllüd
Hüseyinova Əsmər Əfqan qızı
1986-cı təvəllüd
Qasımova Samirə Qabil qızı
1989-cu təvəllüd
Hüseyinova Nəzakət Tapdıq qızı
1978-ci təvəllüd
Qəmbərova Yasəmən Ədalət qızı
1987-ci təvəllüd
10:50
***
Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib.
Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.
Onlara tibbi yardım göstərilir.