Astarada qanunsuz odlu silahların saxlanması faktları AŞKARLANDI

 11:52 23.02.2025     69

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.