Salyanda kişi meyiti TAPILDI

 15:53 23.02.2025     136

Salyanda intihar olub.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, hadisə Xalac kəndində baş verib.

Kənd sakini 58 yaşlı Bayramov Əli Ağalar oğlu günorta saatlarında yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsində istifadəsiz otaqda özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri 1 saat sonra tapıblar.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Araşdırma aparılır.