Professor Nizaməddin Şəmsizadənin ölüm səbəbi açıqlandı - YENİLƏNİB

Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığı səbəbindən ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBIB-dən bildirilib.
"Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yanvarın 24-ü saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
09:07
***
Professor Nizaməddin Şəmsizadə vəfat edib.
Redaktor.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi.
Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.