Lerikdə qar uçqunu baş verdi - kəndlərə gediş-gəliş çətinləşdi - FOTO

 14:00 24.02.2025     114

Lerikdə yolda qar uçqunu olub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Ucqar dağ kəndlərinə gedən yollarda problemlər qalmaqdadır. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.

Hazırda yolda təhlükəsizlik tədbirləri görülür.

Lerik Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, hava şəraiti ilə bağlı ucqar dağ kəndlərinə gediş-gəlişdə çətinliklər var. Qeyd olunub ki, hazırda yollar qardan təmizləyir: "Dünənə kimi 50-yə yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq kəndlərin 50 faizinə enerji verilişi bərpa olunub. Günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".

Lerikdə yolda qar uçqunu olub - FOTO Lerikdə yolda qar uçqunu olub - FOTO Lerikdə yolda qar uçqunu olub - FOTO