Qadın evdə doğuş etdi, körpəsi ÖLDÜ

 17:26 24.02.2025     76

Azərbaycanda gənc ana evdə uşaq dünyaya gətirib.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. 

1996-cı il təvəllüdlü şəhər sakini H.Xəlilova bir neçə gün əvvəl yaşadığı evdə qız övladı dünyaya gətirib.

Fevralın 23-də körpə ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.