Daşkəsəndə bir ailənin 3 üzvü qidadan ZƏHƏRLƏNDİ

 22:37 24.02.2025     220

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Onların qidadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən