Biləsuvarda dəm qazından zəhərlənənlərin son durumu açıqlandı - YENİLƏNİB

Biləsuvarda dəm qazından zəhərlənənlər ambulator müalicə üçün evə buraxılıblar.
Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 24-ü saat 10:00-da dəm qazından zəhərlənmə şübhəsilə altı nəfər (beşi qadın, biri kişi cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.
09:30
***
Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.
Kənd sakinləri Əmirova Səidə Fazil qızı, Ağayev Saleh Əvəz oğlu, Ağayeva Sevda Əvəz qızı, Ağayev Əli Cabir oğlu, Ağazadə Zümrüd İzzət qızı və Ağayeva Gülay Cabir qızı yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.