Bakıda dava zamanı iki nəfər BIÇAQLANDI

 09:55 25.02.2025     86

Bakıda dava bıçaqlanma ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovlə mübahisə edib. Mübahisə nəticəsində bıçaqla K.Bayramova və S.Dövlətova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Fakta bağlı cinayət işi başlanılıb.

İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində tutulub.