Tovuzda qəzaya düşən avtomobil yandı - xəsarət alan var - FOTO

 10:24 25.02.2025     74

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq körpünün kənarında olan betona çırpılıb. Bundan sonra avtomobildə yanğın olub.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürlüb. Yanıq xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tovuzda qəzaya düşən avtomobil yanıb, xəsarət alan var - FOTO