2 yaşlı uşaq saç sancağı uddu - FOTO

 13:17 25.02.2025     203

Saç sancağı udan 2 yaşlı uşaq xilas edilib. 

Redaktor.az xəbər verir ki, bu barədə uşaq uroloqu və cərrahı Allahverdi Musayev sosial şəbəkə hesabında paylaşıb. 

Həkim qeyd edib ki, azyaşlı tibb müəssisəsinə tənəffüs çatışmamazlığı və boğulma şikayətləri ilə gətirilib:

“Aparılan müayinələr əsasında xəstənin yad cisim udduğu məlum olub. Xəstəyə bronxoskopiya icra edilərək baş bronx mənfəzindən yad cisim-saç sancağı xaric edilib” (Qafqazinfo).