Əks yola çıxan sürücü qəzaya səbəb oldu - VİDEO

Abşeron rayonu Saray qəsəbəsində zəncirvari yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, “Chevrolet Camaro” markalı avtomobilin manevr qaydalarını pozması qəzaya səbəb olub.
Ötmə əməliyyatı zamanı məsafə və sürəti düzgün seçməyən sürücü öndə gedən “Range Rover”ə çırpılıb. Həmin avtomobil də qarşıdakı “Mitsubishi L200” markalı maşını əzib.
Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.
Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Həmin videonu təqdim edirik: