Əlindəki ziyilə görə xəstəxanaya gedən nişanlı qız ÖLDÜ

Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə vəfat edib.
Bu barədə Redaktor.az-a onun yaxınları məlumat verib. Əməliyyata götürülən Türkana narkoz verildikdən sonra komaya düşüb. Bir neçə gün komada qalan gənc qız fevralın 23-də vəfat edib.
Əldə etdiyimiz məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olan Türkan nişanlı imiş və gələn ay toyu olacaqmış.
Vasif