Sabirabadda maşın aşdı, bir nəfər xəsarət aldı

 19:17 25.02.2025     80

Sabirabadda minik avtomobili aşıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.