Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi AÇILDI

Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb.
Redaktor.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.