Göygöldə hamilə qadın və bətnindəki körpəsi öldü - YENİLƏNİB

 11:43 26.02.2025     188

Fevralın 25-də 1990-cı il təvəllüdlü qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorgusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, həkim-mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb: "Təxminən saat 15:10 radələrində hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma) həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb. Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib. Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit təşrih olunmaq üçün təhvil verilib".

Qeyd olunub ki, ölümün bilavasitə səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcək.

09:20

***

Göygöldə hamilə qadın və bətnindəki körpəsi ölüblər.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini, N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Lakin onu və bətnində olan körpəsinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə hamilə və bətnindəki uşaq doğuş zamanı xəstəxanada ölüb - YENİLƏNİB