Bakıda qadın itkin DÜŞDÜ

Bakıda yaşlı qadın itkin düşüb.
Redaktor.az xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbə sakini 69 yaşlı Səriyyə Əkbərova fevralın 25-i günorta saatlarında yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
Yaxınları onun üzərində evdən çıxarkən qara libas, qəhvəyi gödəkçə və qara ayaqqabı olduğunu bildiriblər.
Onlar Alzheimer xəstəliyindən əziyyət çəkən qadının taleyindən narahat olduqlarını və bununla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət etdiklərini əlavə ediblər (Qafqazinfo).