"OBA"da partlayış baş verdi - yaralananlar var - VİDEO

 09:03 27.02.2025     305

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. 

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımqızı yayıb.

İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. 

Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.