Bakıda daha bir nəfər spirtli içkidən ÖLDÜ

 12:14 27.02.2025     115

Bakıda daha bir qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.

Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.