Keçmiş məhkumun üstündən silah ÇIXDI

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a məlumata görə, həmin şəxsdən 1 ədəd "BERETTA" markalı tapança aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.