Oğuzda it kişiyə hücum etdi, burnu amputasiya OLUNDU

 19:35 27.02.2025     89

Oğuzda 45 yaşlı kişiyə qonşusunun iti ağır xəsarət yetirib, burnu amputasiya olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Calud kəndində baş verib.

Kənd sakini 1980-cı il təvəllüdlü Xamdıyev Bayramalı Mansuroviçə qonşusunun iti hücum edərək ona ağır xəsarətlər yetirib. B. Xamdıyev Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Şəki RMX-da B. Xamdıyevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq burunun yumşaq toxumaları tam amputasiya olunub.

İt hücum edən zaman B. Xamdiyev sol əlin baş barmağından yerdəyişən sınıq xəsarətləri də alıb. O lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.