Daşkəsən sakini sirkə turşusundan ZƏHƏRLƏNDİ

 22:49 27.02.2025     319

Daşkəsəndə 38 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərinin Tofiq İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Ş. Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona yardım edilib.

38 yaşlı kişinin vəziyyətinin orta ağır olduğu bildirilir.Onun hansı səbəbdən zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən