Paşa Qəlbinurun tibb şirkətinin mühüm sənədi yoxa ÇIXDI

"Qəlbinur” Elmi Tədqiqat Tibb Firmasının möhürü itib.
Redaktor.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, möhürün hansı şəraitdə itdiyi məlum deyil.
Şirkət möhürün itdiyi üçün etibarsız sayıldığını elan edib.
Qeyd edək ki, "Qəlbinur” Elmi Tədqiqat Tibb Firması 1997-ci ildən fəaliyyət göstərir. Firmanın qanuni təmsilçisi tanınmış şair, tibb elmləri doktoru, professor, həkim-oftalmoloq Paşa İsmayıl oğlu Musayevdir (Paşa Qəlbinur).