Gəncədə bir-birinə bitişik beş ev YANDI

Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, A.Mehdiyev, E. Alırzayevə, Ç.Şaxtaxtinki onun anası R.Şaxtaxtinki və Cəmilə adlı qadına məxsus bir-birinə bitişik evlərdə yanğın olub.
Yanğında 4 ev tam,1 evin isə dam örtüyü yanıb.
Əraziyə 4 yanğınsöndürən maşın və 20-ə yaxın canılı qüvvə cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.