Bu yolda sürət həddi ENDİRİLDİ

Qarlı hava şəraiti səbəbindən hazırda paytaxtın 10-a yaxın küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur. Xüsusilə də nəqliyyatın intensiv olduğu yollarda hərəkət çətinləşib.
Bu barədə Redaktor.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda mərkəzin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.
Bu məqsədlə Zığ şosesi-Hava Limanı yolunda sürət həddi 20/km saat endirilib. Məlumat-sürət tablolarında “buzlu yol” işarəsi qoyulub. Digər yollarda da sürət həddinin endirilməsi istisna edilmir. Sürücülərdən ara məsafəsi saxlamaları, yüksək sürətlə hərəkət etməmələri tövsiyə olunur.