Sumqayıtda yataqxana binasında yanğın baş VERDİ

Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 20kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.