Bakıda evdən kişi meyiti tapıldı

 09:40 01.03.2025     61

Bakıda kişi dəm qazından boğularaq ölüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu Natiq Şahbazov küçəsi ev 5 ünvanında qeydə alınıb.

Həmin evdə yaşayan Mikayılov Əfqan Qalib oğlu mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.