Qarlı havada xəsarət alanların sayı AÇIQLANDI

 12:35 01.03.2025     114

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.