Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ

Ağdam rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçərkən 21 yaşlı Elcan Şirəliyev idarə etdiyi "Prado" markalı avtomobillə onu vurub.
Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Ələmdar Həsənov təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Lakin həkimlərin səyinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.