Qatarın qarşısına qəfil insan çıxması faciəyə səbəb oldu

 17:25 01.03.2025     157

Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.

Redaktor.az  xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. 

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.