Gəncədə qadın dəm qazından ZƏHƏRLƏNDİ

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü D. Qafarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə o yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.